Xəbər verdiyimiz kimi, 20-25 gün öncə 28 manat olan azot gübrəsi bazarlarda hal-hazırda 40-45 manatdan aşağı satılmır. 20-25 gün öncə isə 28 manat olub.
50 faizə yaxın qiymət artımının səbəbi nədir? Bu süni bahalaşma nə ilə əlaqədardır?
Dövlət Gömrük Komitəsindən NOCOMMENT.az -ın sorğunuza cavab verilib.
Komitədən verilən cavabda bildirilib ki, rəsmi olaraq azot gübrəsinin ölkəyə idxal qiymətlərində rəsmiləşdirilmə zamanı artım qeydə alınmayıb. Gübrə idxalında gömrük rüsumu, ƏDV və digər ödənişlərdə heç bir dəyişiklik yoxdur.
Yəni bazarda qiymət artımı rəsmi rəqəmlərə əsaslanmır, bu, süni bahalaşmadır.
Aliyə
NOCOMMENT.az