AZ

Ekspert: Azərbaycan neftinin qiymətinin bahalaşması büdcəyə mənfəət vergisi şəklində köçürmələrin artması deməkdir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan neftinin qiymətinin baha olması birmənalı şəkildə şirkətlərin gəlirlərinin, o cümlədən də büdcəyə mənfəət vergisi şəklində köçürmələrin artması deməkdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

“Hazırda biz Azərbaycan nefti ilə “Brent” markalı neft arasında qiymət fərqinin necə artdığını müşahidə edirik. “Azeri Light” markalı neftin bir barelinin həm CIF (Cost, insurance and freight), həm də FOB (Free on board) müqavilələri üzrə qiymətləri yüksək səviyyədədir. Azərbaycan “qara qızıl”ının qiymətinin artmasının iki səbəbi var. Birincisi Hörmüz boğazından Avropa istiqamətində gəlməli olan neft həcmləri azalıb. Buna görə də, “köhnə qitə”dəki neft emalı zavodlarının tələbatı artıb. İkincisi isə Rusiyanın əvvəllər müxtəlif yollarla Baltik dənizi vasitəsilə üçüncü əldən alınma ilə Avropa bazara çıxardığı neft həcmləri azalıb. Buna səbəb isə Ukraynanın 5 gün ərzində Leninqrad vilayətindəki iki dəniz terminalının (Ust-Luqa və Primorsk) 30 faizini sıradan çıxartmasıdır. Bu da neft bazarına təsirsiz ötüşməyib. Nəticə etibarilə neft qiymətləri artır”, - deyə o bildirib.

Qeyd edək ki, Azərbaycan nefti 141 dollardan baha satılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
1
azertag.az

2Mənbələr