AZ

Azərbaycandan Yunanıstana nə qədər qaz nəql olunub? – Nazir açıqladı - FOTO

Azərbaycan Yunanıstanı indiyədək 5,6 milyard kubmetr təbiiqazla təchiz edib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

"Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinus ilə iki ölkə arasında enerji sahəsində və Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığımızın inkişafına dair məsələləri müzakirə etdik. Azərbaycan Yunanıstanı indiyədək 5,6 milyard kubmetr təbiiqazla təchiz edib", - paylaşımda qeyd edilib.




Bizim.Media

Seçilən
17
1
bizim.media

6Mənbələr