AZ

Qlobal gərginliklərə baxmayaraq, Azərbaycanda siyasi sabitlik təmin edilib - DTX rəisi

Bakı. Trend:

Artıq qlobal miqyasda beynəlxalq hüququn ciddi deformasiyayauğraması dövlətləri öz təhlükəsizlik sistemlərini daha dagücləndirməyə sövq edib.

Trend xəbər verir ki, bunuDövlət Təhlükəsizliyi Xidmətində (DTX) 28 Mart - Azərbaycantəhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü və buorqanların yaradılmasının 107-ci ildönümü ilə bağlı keçiriləntədbirdə DTX rəisi Əli Nağıyev bildirib.

Onun sözlərinə görə, yeni iqtisadi reallıqlar beynəlxalqtəhlükəsizlik və mövcud dünya sisteminə, o cümlədən regiondaəməliyyat şəraitinə ciddi təsir göstərib.

"Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobalvə regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlikqorunub saxlanılıb, Azərbaycan xalqı təhlükəsiz şəraitdəyaşamışdır. Ölkə Prezidentinin milli maraqların və dövlətçilikmənafelərinin etibarlı qorunmasında qətiyyətli və prinsipialmövqeyi xalqımızın gələcəyə olan inamını daha da artırır".

Məqalədə:
Seçilən
24
22
az.trend.az

10Mənbələr