AZ

“Arıqlama iynələri”nin QORXUNC FƏSADI: Qadın qalxanabənzər vəzisi MƏHV OLDU – FOTO

Çitada “arıqlama iynələri” qadının qalxanabənzər vəzisini məhv edib.

İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Çita şəhərində 56 yaşlı Yelena adlı qadın arıqlamaq üçün həkim nəzarəti olmadan istifadə etdiyi “Semavik” preparatından sonra ağır fəsadlarla üzləşib.

175 kiloqram çəkisi olan qadına endokrinoloq heç bir analiz və ya çəki ölçümü aparmadan bu dərman üçün resept yazıb. Həkim xəstəyə preparatı özbaşına tətbiq etməyi və müayinələrdən keçməməyi məsləhət görüb.

İnyeksiyalara başladıqdan dərhal sonra qadında ürəkdöyünmə, halsızlıq və ürəkbulanma kimi yan təsirlər müşahidə olunsa da, o, müalicəni yeddi ay davam etdirib.

Nəticədə qadının boyun nahiyəsində şişlər yaranıb və ona qalxanabənzər vəzi şişi diaqnozu qoyulub. Vəzinin xaric edilməsi qadının orqanizmində kalsium çatışmazlığına səbəb olub, bu da dişlərinin tökülməsi ilə nəticələnib.

İndi o, ömrünün sonuna qədər hormonal preparatlardan asılı qalacaq.

Şikayət üçün müraciət etdiyi Səhiyyə Nazirliyinin rəsmisi isə qadına kömək etməkdən imtina edib, çünki özü də bu preparatla arıqladığını və onu “zərərli” hesab etmədiyini bildirib.

Mütəxəssislər xəbərdarlıq edir ki, bir çox özəl klinikalar və internet vasitəçiləri heç bir tibbi göstəriş olmadan bu cür preparatları satışa çıxarır, bu isə ciddi sağlamlıq riskləri yaradır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
23
50
interpress.az

10Mənbələr