AZ

Azərbaycan bunu ilk dəfə edir Heç bir Türk dövlətində yoxdur

Bizim media portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Dilinin Orfoqrafiya və Orfoepiya lüğətləri yaxın günlərdə nəşr üçün təhvil veriləcək.Bizim.Media "report.az"a istinadla xəbər verir ki, bu barədə  AMEA Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli məlumat verib.Onun sözlərinə görə, bu gün proseslə əlaqəli iclas keçirilib, növbəti həftə də daha bir toplantının olması gözlənilir:"Yəqin ki, növbəti həftədən artıq çap işi ilə bağlı yekun işlər həyata keçiriləcək. Lüğətlərin nəşr edilməsi isə artıq AMEA Rəyasət Heyətindən asılı məsələdir".N.Məmmədli Orfoqrafiya Lüğətinin ilk dəfə dil korpusu əsasında hazırlandığını bildirib:"Dil korpusu əsasında lüğətin hazırlanması heç bir Türk dövlətində olmayıb. Azərbaycan bunu ilk dəfə edir".Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
11
bizim.media

10Mənbələr