AZ

Sumqayıtda dəm qazından zəhərlənən altı uşaq yenidən xəstəxanaya yerləşdirildi

Bu gün 15:00 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasına 6 nəfər (4 kişi, 2 qadın cinsli) hospitalizasiya olunub.

 

Bu barədə Pravda.az-a TƏBİB-dən məlumat verilib.

 

Dəqiqləşdirilməmiş virus infeksiyası diaqnozu təyin edilən şəxslərdən 5 nəfər Yoluxucu xəstəliklər şöbəsinə, 1 nəfər isə Reanimasiya şöbəsinə yerləşdirilib.

 

Hazırda onların müalicələri davam etdirilir, 5 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Tarix: 3 Aprel 2026, 17:38   
Seçilən
30
14
pravda.az

10Mənbələr