AZ

Qadağa yalnız elektron siqaretlərə aiddir Eyyub Hüseynov

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Cərimələrdə səhvlər var, AİİB istehlakçılara xəbərdarlıq etdi

Elektron siqaretlərin idxalı, ixracı, satışı, istehsalı, saxlanılması və istifadəsi aprelin 1-dən etibarən qadağandır.

Bu, "Tütün və tütün məmulatı haqqında" qanuna edilmiş müvafiq dəyişikliklə təsbit edilib. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinə görə qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərdən istifadə edənlər otuz manat məbləğində cərimə olunacaqlar.

Bu qadağalar istehlakçı hüquqlarının pozulmasıdırmı? Azad İstehlakçılar İctimai Birliyi elektron siqaret qadağası ilə bağlı bəyanat yayıb. Bəyanatda hansı məsələlərə toxunlduğu barədə “Sherg.az”a açıqlama verən AİİB-nin sədri Eyyub Hüseynov qeyd etdi ki, qadağanın konkret olaraq hansı məhsullara şamil edildiyi barədə vətəndaşlardan çoxsaylı müraciətlər alırlar: 

- Bizə suallar ünvanlanır, bəzən cəriməni tətbiq etməyə səlahiyyəti olan qurumların da bu məsələdə yanlışlığa yol verdiyi barədə müraciətlər olur. AİİB ölkəmizdə müvafiq qanun qəbul edildiyi zamandan başlayaraq istehlakçılar arasında tütündən istifadənin azaldılmasına dair geniş maarifləndirmə işi aparmış, daha təhlükəli filtrsiz siqaret istehsal edən 4 müəssisənin fəaliyyətinin dayandırılmasına nail olmuş, adi və elektron siqaretlərin zərərli olduğu barədə müntəzəm maarifləndirmə aparıb. Qanunda edilmiş son dəyişikliklə əlaqədar tütün istifadəçisi olan istehlakçılar və qanunun icrasına nəzarəti həyata keçirən müvafiq dövlət qurumlarının nümayəndələri bilməlidirlər ki, qadağa yalnız elektron siqaretlərə aiddir və qızdırılan tütün məmulatlarına şamil olunmur. Bu məhsullar qanunvericilikdə iki ayrı kateqoriya kimi müəyyən edilib. "Tütün və tütün məmulatı haqqında" Azərbaycan Respublikasının Qanuna elektron siqaretləri qızdırılan tütün məmulatlarından ayırmaq məqsədilə iki maddə əlavə olunub; 1.0.4-1. qızdırılan tütün məmulatı – tütündən (tütün qarışığından) və onun istehsalında istifadə edilən qeyri-tütün komponentlərindən ibarət, alışdırılmadan və tütün tüstüsü əmələ gəlmədən qızdırılma prosesində yaranan nikotin tərkibli aerozolun tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş məmulat. Qızdırılan tütün məmulatı elektron siqaret hesab edilmir. 1.0.4-2. elektron siqaret – qida məhsulları, tütün məhsulları, dərman vasitələri və tibbi cihazlar istisna olmaqla, nikotin tərkibli və ya nikotin tərkibi olmayan buxarın tənəffüs yolu ilə insan orqanizminə daxil olması üçün nəzərdə tutulmuş və müştük və digər komponentləri, o cümlədən kartrici və flakonu olan və ya olmayan cihaz vasitəsilə istifadə etmək üçün nəzərdə tutulmuş məhsul. Elektron siqaretlərin flakonundan bir və ya bir neçə dəfə istifadə edilə bilər və ya onlar birdəfəlik kartriclərlə təkrar doldurula bilər. Yəni, elektron siqaret qadağası qızdırılan tütün məmulatlarına (məsələn, Terea) və onların cihazlarına (məsələn, IQOS) şamil olunmur. Eyni zamanda, öncə qeyd etdiyimiz kimi AİİB-ə qızdırılan tütün məmulatlarının "Tütün və tütün məmulatı haqqında" qanunla qadağan olunmayan yerlərdə istifadəsinə görə polis tərəfindən cərimə olunma halları ilə bağlı da məlumatlar daxil olur. Qeyd olunur ki, qızdırılan tütün məmulatları səhvən elektron siqaret hesab edilir və onun istifadəçiləri cərimə olunurlar. Bununla əlaqədar bir daha bəyan edirik ki, qızdırılan tütün məmulatlarından qanunla qadağan olunmamış yerlərdə istifadə heç bir hüquqi məsuliyyət yaratmır. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
22
sherg.az

10Mənbələr