AZ

İstanbulda Azərbaycanlı qadın rəssamların sərgisi keçirilib

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İstanbuldakı Baxçaşəhər Universitetində Azərbaycan Mədəniyyət Məzrkəzinin dəstəyi ilə “Rənglərin zərafəti” temalı Azərbaycan qadın rəssamların sərgisi keçirilib.

Sərginin açılışında çıxış edən Universitetin rektoru professor Əsra Hatiboğlu qadın zərifliyini və əməyini təcəssüm etdirən incə sənətin nümayiş olunduğu belə gözəl tədbirə ev sahibliyi etdikləri üçün məmnunluğunu ifadə edərək bildirdi: “Azərbaycana xüsusi məhəbbətim var, o qədər çox sevirəm ki, hətta Azərbaycana getmək üçün hər fürsətdə bir səbəb axtarıram. Bizim universitetimizdə azərbaycanlı tələbələr təhsil alır, bu da qardaşlığımız ən bariz nümunəsidir. Ümid edirəm ki, bundan sonra da universitetimizdə müxtəlif tədbirlərin keçirilməsi üçün gözəl bir zəmin yarandı”.

Daha sonra çıxış edən Azərbaycan Mədəniyyət Nazirinin müavini Murad Hüseynov Baxçaşəhər Universitetinin rektoruna və kollektivinə təşəkkür edərək, belə önəmli tədbirlərin keçirilməsinin hər iki ölkənin mədəni əlaqələrinin inkişafındakı böyük rolunu vurğuladı. Mədəniyyət Mərkəzinin direktoru Samir AbbasovAzərbaycanın zəngin mədəniyyətini və tarixini tanitmaqdan qürur duyduqlarını ifadə etdi, Azərbaycanın çoxəsirlik zəngin sənət ənənəsinin yaranmasında və inkişafında qadınlarımızın rolundan bəhs edərək əsərləri sərgilənən Böyükxanım Zeynalova, Raida Mustafayeva, İrina Eldarova, Aytən Rzaquliyeva, Leyla İsyaeva, Safura Abdullayeva, Aydan Nəbizadə, Nigar Mahmudova və başqa rəssam qadınlarımızın əməyini xüsusi qiymətləndirdi. Samir Abbasov qeyd etdi ki, bu gün mədəniyyətimizin təbliği ilə iki qardaş ölkə arasındakı mədəni əlaqələrin inkişafına yeni töhfəıər verəcəyimizə daha çox inanırıq. Azərbaycanın Türkiyədəki Səfirliyinin müşaviri Dr. Füzuli Məcidli isə Azərbaycan səfirliyi adından təbriklərini çatdıraraq vurğuladı ki, bu gün biz mədəniyyət diplomatiyasının, zövqlərimizin, düşüncələrimizin ortaq olduğuna şahidlik edəcəyik, sənətin ortaq gücünü görəcəyik. O, həmçinin,“hal-hazırda Azərbaycanla Türkiyə arasındakı qardaşlıq bağları hər zamankından daha güclüdür, bu birliyimizi və bərabərliyimizi əbədi yaşatmaq üçün bizə güçlü mədəniyyət lazımdır, dahi Azərbaycan şairi H.Cavidin dediyi kimi: Turana qılıncdan daha kəskin ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət” deyə qeyd etdi.

Sərgidə diqqətimi çəkən milli geyimdə olan qadın rəsminin müəllifi Raida Mustafayeva ilə söhbətimdə bildirdi ki, bü əsərin adı “Məryəm”dir və o bu əsəri 15 il öncə öz tələbəsinə həsr edib. Raida xanım həmçinin İstanbula olan sevgisini də ifadə edərək, Mədəniyyət Mərkəzinə onlara belə bir gün yaşatdıqları üçün öz təşəkkürünü bildirdi.

Sərginin açılışında milli musiqi alətimiz olan tarda Pərviz Musayevin ifasında Azərbaycan milli müsiqiləri səsləndirildi, Azərbaycan milli təamları qonaqlara təqdim edildi.

Yaqut Misirxanlı,

İstanbul

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
1
sherg.az

2Mənbələr