AZ

“Hansısa yoldaş Vovayeviç...” Medvedev də Paşinyanı təhdid etdi

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Rusiyanın Ukrayna da daxil olmaqla qonşularının Avropa İttifaqına qoşulmasına qarşı tolerant münasibətindən imtina etməsinin vaxtı çatıb.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün sosial şəbəkə hesabında yazıb.

Həmişəki qeyri-adekvat və aqressiv tərzinə sadiq qalan Medvedev Avropa İttifaqına can atan qonşu ölkələri açıq şəkildə təhdid edib. O qeyd edib ki, NATO daxilindəki ziddiyyətlər fonunda Brüssel Aİ daxilində tamhüquqlu hərbi komponent yaratmağı ciddi şəkildə nəzərdən keçirir. Onun sözlərinə görə, Aİ artıq iqtisadi birlik deyil və çox tez bir zamanda tamhüquqlu və Rusiya üçün son dərəcə düşmən hərbi ittifaqa çevrilə bilər: "Mən nə demək istəyirəm? Qonşularımızın hərbi-iqtisadi Avropa İttifaqına qoşulmasına qarşı tolerant münasibətimizdən imtina etməyin vaxtı çatıb. O cümlədən 404-cü ölkəyə(Ukrayna nəzərdə tutulur-red.) qarşı".

Bu kontekstdə Medvedev Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyanla son danışıqları zamanı dediyi sözləri də xatırladıb. Paşinyana qarşı aşağılayıcı tərz nümayiş etdirən Medvedev yazıb: "Prezidentimiz bu yaxınlarda bunu incə bir şəkildə etdi və hansısa yoldaş Vovayeviçə Aİ ilə Avrasiya İqtisadi Birliyinə üzvlüyün bir-biri ilə uyğun gəlmədiyinə işarə etdi".

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
azpolitika.info

1Mənbələr