AZ

Nüvə silahı işə düşür? KONKRET

Konkret.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İran Silahlı Qüvvələrinin nümayəndəsi Əbülfazl Şekarçi bildirib ki, Hörmüz boğazı ABŞ və İsrail üçün uzun müddət bağlı qalacaq.

“Onlar heç bir bəhanə ilə bu əraziyə yaxınlaşa bilməyəcəklər”,– deyə o əlavə edib.

İran rəsmisinin bu açıqlamasına ABŞ və İsrailin münasibəti necə ola bilər? Bu vəziyyət gərginləşib nüvə savaşına səbəb ola bilərmi?

KONKRET.az xəbər verir ki, Sfera.az-a bu barədə açıqlama verən siyasi şərhçi Çingiz Şahbazi nüvə silahından istifadə ehtimalının hər zaman olduğunu bildirib. Onun sözlərinə görə, İsrail tərəfindən dəfələrlə nüvə silahından istifadə ediləcək, kimi açıqlamalar verilib:

“Hesab edirəm ki, əvvəlki günlərdə olan müharibənin şiddəti və həvəs azalaraq tərəflər arasında müharibənin dərinləşməsindən və genişləndirilməsindən ehtiyyat etməyə başlayıblar. Bu şübhəsiz ki, müharibənin məcrasının nüvə müharibəsinə keçə bilmə ehtimalından qaynaqlanır. Bəzi qeyri-rəsmi mənbələrə görə, İran hökuməti də nüvə silahına malikdir və İsrailə cavab vermək imkanları var. Məhz bu səbəbdən Hörmüz boğazında ABŞ və İsrail çox ehtiyatlı davranmaq məcburiyyətindədirlər. Hörmüz boğazı dünya neft ticarətinin təxminən 20 faizinin keçdiyi kritik nöqtədir. Bu baxımdan burda atılan hər hansı bir addım qlobal nəticə yarada bilər. ABŞ tərəfi İranın bu hərəkətlərini beynəlxalq sularda hərəkət azadlığına müdaxilə olaraq qiymətləndirir və bu səbəbdən özünün hərbi dəniz donanmasını bölgəyə gətirib. Həmçinin, yeni qüvvələrin də cəlb olunması istiqamətində addımlar atır. Əgər İran real fiziki blokada tətbiq etsə, ABŞ-nin hərbi müdaxiləsi və zərbələr endirməsi qaçılmazdır”.

Ç.Şahbazi əlavə edib ki, İsrail bu istiqamətdə ABŞ ilə koordinasiya mexanizmləri həyata keçirir və məqsədi İranı tamamilə zəiflətməkdir:

“Bu baxımdan İsrail bütün fürsətləri dəyərləndirmək üçün hərəkət edir və buna bir çox hallarda nail olub, desək yanılmarıq. Körfəz ölkələri də problemin həllində maraqlıdırlar və müharibənin tez bir zamanda bitməsinə çalışırlar. Çin və Hindistan kimi böyük ölkələr də İrana məhz Hörmüz boğazının açıq qalmasından dolayı təzyiq göstərə bilərlər. İranın bu kimi bəyanatları və Hörmüzlə bağlı atdığı addımlar heç şübhəsiz ki özünün iqtisadiyyatını da zəiflədir və neft ixracatına zərbə vurur. Beynəlxalq koalisiyanı öz əleyhinə birləşdirir və bu səbəbdən uzun müddətli blokada İran üçün böyük risk daşıyır. Beləliklə, Hörmüz boğazının İran nəzarətində, blokada şəraitində uzun müddət qalması real görünmür və düşünürəm ki, bu istiqamətdə danışıqlar prosesi müsbət həllini tapacaq və nüvə silahından istifadə ehtimalı da aradan qaldırılacaq”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
2
konkret.az

3Mənbələr