AZ

Rusiyada “Su-30” qırıcısı qəzaya uğradı

Rusiya Müdafiə Nazirliyi Krımda "Su-30" tipli döyüş təyyarəsinin təlim uçuşu zamanı qəzaya uğradığını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, nazirlikdən edilən açıqlamada bildirilir ki, pilotlar katapult oturacağı ilə təyyarədən sağ xilas olublar, onlar axtarış-xilasetmə qrupları tərəfindən hadisə yerindən təxliyə ediliblər.

Açıqlamada təyyarənin sursat olmadan uçuş həyata keçirdiyi ifadə edilib.

Seçilən
70
cebheinfo.az

1Mənbələr