AZ

“Qaşıqçı işi” yenidən araşdırılır

ABŞ-da "Epşteyn işi" qızğın müzakirə olunduğu bir vaxtda Vaşinqton Federal Məhkəməsi Səudiyyə Ərəbistanının faktiki rəhbəri Məhəmməd bin Salmana və bir sıra yüksək səviyyəli Səudiyyə səlahiyyətlilərinə çağırış vərəqələri göndərib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Məhəmməd bin Salman və digər 13 səlahiyyətliyə göndərilən çağırış iddia üzrə cavab vermə tələbini təsdiq edən rəsmi məhkəmə sənədidir.

Bu sənədlər yalnız məktubla deyil, həm də WhatsApp vasitəsilə vəliəhdin öz telefonuna çatdırılıb. Mesajın açıldığı və oxunduğu barədə sistem öz “oxundu” işarələrini göstərib. 

Bu çağırış vərəqəsi birbaşa Saad əl-Cəbri adlı sabiq yüksək rütbəli Səudiyyə kəşfiyyatçısının Federal Məhkəmədə açdığı mülki iddianın nəticəsidir. Cəbri ittiham edir ki, vəliəhd  ona qarşı qanuni sərhədləri aşan düşmənçilik kampaniyası aparıb — onu yalnız siyasi rəqib kimi deyil, həm də fiziki olaraq aradan götürmək məqsədi ilə addımlar atılmasına göstəriş verib.

Cəbrinin iddiasına görə, vəliəhdin nəzarəti altında olan “Tiger Squad” adlı elit bir güc birləşməsinə onu Kanadada öldürmək əmri verilib. Cəbrinin aradan götürülməsi əmri Səudiyyə agentlərinin arxasında olduğu güman edilən jurnalist Camal Qasıqçının öldürülməsi ilə bağlı cinayətdəb cəmi 2 həftə sonra verilib.

Camal Qaşıqçı 2018-ci ilin oktyabrında İstanbulda Səudiyyə konsulluğunda qəddarcasına qətlə yetirilib və bu cinayət dünya ictimaiyyətini şoka salıb. Onun qətlinin arxasında duranların kim olduğu uzun müddət mübahisə obyekti olsa da, KİV və hüquq ekspertləri bu işin Səudiyyə dövlətinin nəzarəti altında həyata keçirilmiş sərt siyasi repressiya olduğunu ortaya qoyub. Səudiyyə vəliəhdi və digər cavabdehlər barəsində çıxarılan çağırış vərəqəsi iddiaların ciddiliyini göstərir.  

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
30
1
musavat.com

2Mənbələr