AZ

Pezeşkiandan Trampa cavab

Yazını böyüt
Yazını kiçilt

İran Prezidenti Məsud Pezeşkian ABŞ lideri Donald Trampın son ritorikasına X-də cavab verib.

Hafta.az xəbər verir ki, Pezeşkian Trampın “İranı Daş dövrünə qaytaracağıq” sözlərini belə şərh edib:

“Bir ölkəni bütünlüklə Daş dövrünə qaytarmaq təhdidi kütləvi müharibə cinayətindən başqa bir şey deyilmi? Bu sualı mən vəkil olan finlandiyalı həmkarıma verdim. Tarix cinayətkarların qarşısında susduqları üçün ağır bədəl ödəyənlərlə doludur”.

Donald Tramp iki gün öncə müharibə ilə bağlı xalqa müraciəti zamanı ABŞ-ın yaxın iki-üç həftə ərzində İrana "son dərəcə sərt" zərbələr endirəcəyini və İslam Respublikasını Daş dövrünə qaytaracağını bildirmişdi.

Seçilən
15
1
hafta.az

3Mənbələr