AZ

Azərbaycanda debet kartları ilə aparılmış əməliyyatların həcmi məlum olub

Bakı. Trend:

2026-cı ilin fevral ayında Azərbaycanda debet kartlarındanistifadə etməklə həyata keçirilən əməliyyatların sayı 210,9 milyonvahid təşkil edib, onların ümumi həcmi isə 11,566 milyard manataçatıb.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına istinadən məlumat verir.

Bildirilib ki, 2025-ci ilin fevral ayının göstəriciləri iləmüqayisədə əməliyyatların sayı 52,2 milyon və ya 32,9% artıb,onların ümumi həcmi isə 1,389 milyard manat və ya 13,7%yüksəlib.

Belə ki, 2025-ci ilin fevral ayında debet kartları üzrəəməliyyatların sayı 158,7 milyon, ümumi həcmi isə 10,177 milyardmanat olub.

Qeyd edək ki, fevral ayının sonuna olan vəziyyətə görə banksistemləri və “Azərpoçt” MMC üzrə dövriyyədə olan ödənişkartlarının sayı əvvəlki ayla müqayisədə 191 min ədəd artaraq 22milyon 347 minə çatıb.Ötən ilin eyni dövrü ilə müqayisədə bugöstərici 10% artıb.

Seçilən
15
az.trend.az

1Mənbələr