AZ

Meloni Fars körfəzi ölkələrinə səfər etdi

İtaliyanın Baş naziri Corciya Meloni əvvəllər elan edilməmiş səfərlə Fars körfəzi ölkələrinə yola düşüb.

Moderator.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Bildirilib ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatından sonra regiona səfər edən ilk Avropa lideri olan İtaliyanın Baş naziri Səudiyyə Ərəbistanının Ciddə şəhərinə gəlib.

Meloni növbəti iki gün ərzində aparıcı Körfəz liderləri ilə görüşlər keçirəcək və Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərə də səfər edəcək.

Məlumata görə, səfərin əsas məqsədi regionun neft hasilatındakı rolunu nəzərə alaraq milli enerji təhlükəsizliyini gücləndirməkdir.

Seçilən
28
3
moderator.az

4Mənbələr