AZ

İran Trampa yeni təklif irəli sürdü! Siyahıya Türkiyəni də daxil etdilər

İranın keçmiş xarici işlər naziri Cavad Zərif “Foreign Affairs” jurnalında dərc olunan məqaləsində İranla müharibəyə dair qiymətləndirmələrini bölüşüb.

Turkustan.az xəbər Zərif iddia edib ki, həftələrlə davam edən intensiv hücumlara baxmayaraq, İran ABŞ və İsrail qarşısında mövqeyini qoruyub və döyüş meydanında üstünlük əldə edib. Onun sözlərinə görə, qarşı tərəf “çıxış strategiyası olmayan bataqlıqda” ilişib qalıb.

O, ABŞ Prezidenti Donald Trampın artan enerji qiymətləri səbəbindən daxili təzyiqlərlə üzləşdiyini qeyd edərək, mövcud vəziyyətin sülh üçün fürsət yarada biləcəyini vurğulayıb.

Zərif çıxış yolu kimi İranın nüvə proqramına məhdudiyyətlər qoymasını, uranın zənginləşdirilmə səviyyəsinin 3,67%-dən aşağı salınmasını və bunun müqabilində sanksiyaların ləğvini təklif edib. O, həmçinin Hörmüz boğazının ticarət üçün tam açılmasını vacib şərt kimi göstərib.

Keçmiş nazir əlavə edib ki, ABŞ və İran arasında qarşılıqlı hücumlardan imtinanı nəzərdə tutan uzunmüddətli saziş imzalana bilər. Onun fikrincə, belə bir plan Vaşinqton üçün də ləyaqətli çıxış imkanı yarada bilər.

Zərif sülh planının yalnız iki ölkə arasında qalmamalı olduğunu bildirərək, Yaxın Şərq üçün yeni bir təhlükəsizlik arxitekturası təklif etdi. O dedi: "Səudiyyə Ərəbistanı, BƏƏ, İraq və Türkiyə də daxil olmaqla digər qonşu ölkələrin iştirakı ilə davamlı bir təhlükəsizlik şəbəkəsi yaradılmalıdır; Vaşinqton 2025 və 2026-cı illərdə İranda baş verən dağıntıları və mülki itkiləri kompensasiya etmək üçün yenidənqurma prosesini maliyyələşdirməlidir; və İran Amerika neft şirkətlərini ölkəyə dəvət etməklə iqtisadi əməkdaşlığa qapı açmalıdır."

Aytən Yaşar/ Turkustan.az

Seçilən
42
1
turkustan.az

2Mənbələr