İsrail Müdafiə Qüvvələri (İMQ) Tehrandakı hədəflərə qarşı yeni genişmiqyaslı hücumlar seriyasına başladığını açıqlayıb.
Teleqraf xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin açıqlamasında deyilir: "Beyrutdakı zərbələrə əlavə olaraq, İsrail Müdafiə Qüvvələri Tehrandakı İran rejiminin hədəflərinə qarşı genişmiqyaslı seriya zərbələri endirib".
Daha əvvəl nazirlik İsrail Müdafiə Qüvvələrinin Beyrutda radikal hədəflərə zərbələr endirməyə başladığını bildirmişdi.