Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Təl-Əviv və Qüds 2026-cı ildə ikinci dəfə - aprelin 3-də İsraili bürüyən güclü toz fırtınası səbəbindən planetin ən çirklənmiş şəhərləri siyahısına başçılıq ediblər.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu, şəhərlərdə havanın keyfiyyətini qiymətləndirən İsveçrənin "IQAir" şirkətinin reytinq məlumatlarında əksini tapıb.
Bildirilib ki, Təl-Əvivdə havanın çirklənmə səviyyəsi Bakı vaxtı ilə 14:00-a qədər müvafiq şkalada 1 218 vahidə çatıb və "təhlükəli hədd" kimi qiymətləndirilib. Qüdsdə isə bu göstərici 274 vahidə yüksəlib və "çox zərərli" kimi xarakterizə olunur.
Müqayisə üçün "IQAir" antireytinqində üçüncü və dördüncü yeri Vyetnamın paytaxtı Hanoy və Tailandın şimalındakı Çianqmay şəhəri tutur. Sözügedən şəhərlərdə havanın çirklənmə dərəcəsi 168 vahidə çatır və "zərərli" kimi xarakterizə olunur. Siyahının beşinci yerində 156 vahid çirklənmə ilə Misirin paytaxtı Qahirə yer alır.

Daha əvvəl Təl-Əviv fevralın 14-də planetin ən çirklənmiş şəhərləri siyahısına başçılıq etmişdi, o zaman da İsraili toz fırtınası bürümüşdü. Həmin vaxt şəhərdə havanın çirklənmə səviyyəsi 2 090 vahidə çatmışdı, Qüdsdə isə bu göstərici 597-yə yüksəlmişdi.
TASS xəbər verir ki, aprelin 3-də toz fırtınası səbəbindən Təl-Əvivdə görünüş əhəmiyyətli dərəcədə azalıb, havada çoxlu miqdarda toz hiss olunur.
İsrailin Səhiyyə Nazirliyi xəbərdarlıq edib ki, proqnozlara görə, aprelin 3-4-də ölkənin bütün bölgələrində havanın yüksək və çox yüksək səviyyədə çirklənməsi gözlənilir. Bununla əlaqədar nazirlik əhalinin həssas qruplarına, o cümlədən yaşlı insanlara, hamilə qadınlara, uşaqlara və xroniki xəstəliklərdən, xüsusilə ürək və tənəffüs yolları xəstəliklərindən əziyyət çəkənlərə açıq havada uzun müddət qalmaqdan və intensiv fiziki fəaliyyətdən uzaq olmağı tövsiyə edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.