AZ

ABŞ təyyarəsi vuruldu: İran pilotların başlarına mükafat qoydu

ain.az, Sherg.az saytına istinadən bildirir.

ABŞ, İsrail və İran arasında davam edən müharibə 35-ci günündə daha da gərgin mərhələyə daxil olub. Sherg.az xəbər verir ki, ABŞ mətbuatı İran səmasında Amerika döyüş təyyarəsinin vurulduğunu təsdiqləyib. Təyyarənin ekipajının taleyi hələ də naməlum olaraq qalır.

“The New York Times” nəşrinin məlumatına görə, ABŞ qüvvələri dərhal hadisəyə reaksiya verərək pilotların tapılması üçün genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlayıb.

İran mediası isə diqqətçəkən açıqlama ilə çıxış edib. Bildirilib ki, vurulan təyyarənin pilotlarını tapan şəxslərə mükafat veriləcək. Bu isə bölgədə gərginliyi daha da artıraraq “insan ovu” ilə bağlı iddiaları gündəmə gətirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
sherg.az

1Mənbələr