"Arsenal"ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasında mart ayının ən yaxşısı seçilib.
Rekord.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
London təmsilçisi martda keçirdiyi üç oyunda qələbə qazanaraq 100 faizlik nəticə göstərib. "Topçular" bu müddətdə "Çelsi" (2:1), "Brayton" (1:0) və "Everton"u (2:0) məğlub edib.
Arteta mükafat uğrunda mübarizədə Eddi Hau ("Nyukasl"), Devid Moyes ("Everton"), Rejis Le Bri ("Sanderlend") və Fabian Hürseleri ("Brayton") qabaqlayıb. Bu, ispaniyalı mütəxəssisin karyerası ərzində qazandığı 8-ci belə mükafatdır.
Qeyd edək ki, "Arsenal" hazırda 70 xalla turnir cədvəlinə başçılıq edir.