AZ

“Rusiya ordusunda “top yemi bazarı“ həyatın belə qiyməti var“ “The Economist“

Moderator.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Britaniya nəşri rus ordusunda rüşvət və "həyat alveri" sistemini ifşa edir..."

Rusiya ordusunun döyüş bölmələrində faktiki olaraq "həyat və ölüm bazarı" formalaşıb. Bu nəticə fərarilik etmiş əsgərlərin və həlak olan hərbçilərin analarının ifadələrinə və təqdim etdikləri sənədlərə əsaslanır.

Moderator.az xəbər verir ki, bu barədə "The Economist" nəşri nəşri yazıb.

"Hər şeyin qiyməti var - hətta həyatın da"

"The Economist" yazır ki, Rusiya ordusunun döyüş bölmələrində faktiki olaraq "həyat və ölüm bazarı" formalaşıb. Bu nəticə fərarilik etmiş əsgərlərin və həlak olan hərbçilərin analarının ifadələrinə və təqdim etdikləri sənədlərə əsaslanır.

Mənbələrin sözlərinə görə, cəbhə xətti "bazara" çevrilib – burada dronlardan tutmuş medallara, məzuniyyətə və hətta insan həyatına qədər hər şey pulla ölçülür. "Əsgərlər ön xətti qiymətlərin müəyyən olunduğu bir bazar kimi təsvir edir", – deyə nəşr qeyd edir.

Pul qarşılığında müharibə və artan itkilər

2022-ci ilin payızında məcburi səfərbərlik cəhdinin kütləvi qaçışa səbəb olmasından sonra Kremlin bu təcrübəni təkrarlamadığı qeyd olunur. Bunun əvəzinə "SVO zonası" üçün yüksək maaş və bonuslar vəd edən müqaviləli "könüllülər" cəlb edilir. Rusiyanın regionlarında müqaviləli xidmətlə bağlı reklamlar geniş yayılıb və uzun müddət bu model işləyib - ordu itkiləri yeni müqaviləçilərlə kompensasiya edə bilib. 

Lakin son aylarda cəbhədə itkilərin artması fonunda könüllü çatışmazlığı yaranıb. Bu səbəbdən hakimiyyət həm təzyiq metodlarına əl atır, həm də ödənişləri artırır. Müxalif mənbələrin məlumatına görə, bəzi regionlarda müqavilə imzalayanlara verilən bonuslar artıq 4 milyon rubldan çoxdur.

"Qan və pul iqtisadiyyatı"

"The Economist" bu sistemi "qan və pul iqtisadiyyatı" kimi xarakterizə edir. İddialara görə, zabitlər əsgərlərdən pul tələb edir, onların ödənişlərini mənimsəyir və müxtəlif qeyri-rəsmi "haqlar" yığır. Bəzi hallarda əsgərlər zabitlər üçün ev tikir, yaxud hücumdan əvvəl bank kartlarını və PIN kodlarını "saxlamaq üçün" təhvil verirlər.

Daha ağır iddialara görə isə ödənişləri bölüşməkdən imtina edənlər cəzalandırılır, hətta öldürülür. Ən şokedici faktlardan biri isə həlak olan əsgərlərin bank kartlarının mənimsənilməsidir. İddiaya görə, hücumdan əvvəl komandirlər kartları və PIN kodları "saxlamaq üçün" toplayır, daha sonra isə həmin vəsaitlər yoxa çıxır. Bu faktlar müharibənin təkcə cəbhədə deyil, ordunun daxilində də ciddi böhran və mənəvi çöküş yaratdığını göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
moderator.az

2Mənbələr