
Moskvada yüksək vəzifəli hüquq-mühafizə orqanı əməkdaşına qarşı sui-qəsd cəhdinin qarşısı alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu sui-qəsdin qarşısının alınması üçün elektrik skuterindən istifadə edilib.
Təhlükəsizlik xidmətinin məlumatına görə, yük yerində elektrik bankı olan elektrik skuteri Moskva biznes mərkəzinin yaxınlığında yerləşdirilib.
FTX hadisə yerində 1,5 kiloqram plastik partlayıcı maddə və bolt-qayka qəlpələrindən ibarət, ağıllı ev sisteminin WiFi rölesi və 4G modemi vasitəsilə idarə olunan əldəqayırma partlayıcı qurğunun müsadirə edildiyini bildirib.