AZ

Marion Qavat AFFA-nın işini yüksək qiymətləndirdi

AFFA-nın ötən il ərzində əldə etdiyi nailiyyətlər yüksək qiymətləndirilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə FIFA-nın regional meneceri Marion Qavat AFFA-nın Hesabat Konfransında çıxışı zamanı bildirib.

O, milli assosiasiya tərəfindən görülən işləri yüksək qiymətləndirdiklərini vurğulayıb və federasiya rəhbərliyinin fəaliyyətini təqdir edib.

“Biz federasiya və rəhbərlik tərəfindən nümayiş etdirilən peşəkarlığı, operativliyi və əməkdaşlıq ruhunu yüksək qiymətləndiririk. Gələn il də bu müsbət münasibətlərin davam etməsini səbirsizliklə gözləyirik. AFFA-nın ötən il ərzində əldə etdiyi nailiyyətlər təqdirəlayiqdir”, - deyə o qeyd edib.

Marion Qavat AFFA prezidenti Rövşən Nəcəfi və baş katib Cahangir Fərəcullayevi də təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Seçilən
35
90deqiqe.az

1Mənbələr