FİFA dünya mempionatını 64 komandaya qədər genişləndirmək təklifini nəzərdən keçirir.
Publika.az xəbər verir ki, təşkilat artıq bu addımın mümkün üstünlükləri və mənfi tərəfləri barədə müzakirələrə başlayıb. FİFA prezidenti Canni İnfantino da daxil olmaqla bir sıra rəsmilər hesab edir ki, belə bir genişləndirmə turnirə qlobal marağı əhəmiyyətli dərəcədə artıracaq və bu, eyni zamanda ilk dünya çempionatının 100 illiyinə təsadüf edə bilər.
Lakin bəzi FİFA nümayəndələri artıq sıx qrafik, oyunçuların fiziki gərginliyi və peşəkar klubların mümkün etirazları barədə narahatlıqlarını ifadə ediblər. Təklif olunan formata görə, 64 ölkə 4 komandadan ibarət 16 qrupa bölünəcək və hər qrupun ilk iki komandası 32-liyə qrup mərhələsinə yüksələcək.