AZ

AFFA Premyer Liqada hakimlik keyfiyyətini artırmaq üçün tədbirlər görür

AFFA Misli Premyer Liqası oyunlarında hakim səhvlərinin aradan qaldırılması üçün addımlar atır.

90deqiqe.Az xəbər verir ki, milli assosiasiyanın prezidenti Rövşən Nəcəf mətbuat konfransında bildirib ki, xətaların azaldılması istiqamətində işlər davam edir:

“Xətasız oyunlar olmur. İslahatların əsas məqsədi qərarların maksimum düzgün olmasıdır”.

R.Nəcəf milli komandanın gələcək perspektivlərinə də toxunub: “Ümid edirəm ki, millimiz böyük çempionatların final mərhələsində olacaq. Komandaların əzmkarlıq göstərdiyini görmək sevindiricidir və azarkeşlər üçün müsbət haldır”.

O, klublara ayrılan vəsaitlərin istifadəsinin nəzarət altında olduğunu qeyd edib: “Uşaq futbolunun inkişafı və akademiyaların səmərəli fəaliyyəti prioritetdir. Bu istiqamətdə klublarla daimi dialoqdayıq və şəffaflıq təmin olunur”.

AFFA prezidenti inkişaf strategiyasının əsas hədəflərini açıqlayıb: “Ölkə çempionatının yüksək səviyyədə keçirilməsi, “Qarabağ” və digər klubların Avropada uğurları, futbolçuların xarici liqalara transferi, qadın və məktəbli futbolunun inkişafı strategiyamızın əsas istiqamətləridir”.

R.Nəcəf infrastruktur sahəsinin hazırda ən çətin istiqamət olduğunu və böyük investisiyalara ehtiyac olduğunu vurğulayıb: “Sponsorların cəlb edilməsi, klubların gəlirlərinin artırılması və beynəlxalq vəsaitlərin düzgün idarə olunması üzərində çalışırıq. Məqsədimiz mövcud vəsaitdən maksimum səmərəli istifadə etməkdir”.

Qeyd edək ki, bu gün AFFA-nın Hesabat Konfransı keçirilib.

Seçilən
23
90deqiqe.az

1Mənbələr