AZ

Azərbaycan banklarının xalis xarici və daxili aktivləri üzrə göstəriciləri açıqlanıb

Bakı. Trend:

Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycan banklarınınxalis xarici aktivləri 26,517 milyard manat təşkil edib.

TrendAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu,aylıq müqayisədə 130,9 milyon manat və ya 0,5%, ötən ilin martın1-nə nisbətən isə 2 milyard manat 7,1% azdır.

Hesabat tarixinə bankların xalis daxili aktivləri isə 22,599milyard manat təşkil edib ki, bu da aylıq müqayisədə 2,5 milyardmanat və ya 10,3% az, ötən ilin martın 1-nə nisbətən isə 1,1milyard manat və ya 4,9% çoxdur.

Beləliklə, bu ilin martın 1-nə Azərbaycan banklarının xalisxarici aktivləri xalis daxili aktivlərini 3,9 milyard manat və ya1,2 dəfə üstələyib.

Hesabat dövrünə Azərbaycanda cəmi aktivləri 57,133 milyardmanat, cəmi öhdəlikləri 49,617 milyard manat, balans kapitalı 7,515milyard manat olan 22 bank fəaliyyət göstərir.

Məqalədə:
Seçilən
16
az.trend.az

1Mənbələr