AZ

"Say artımı potensial klubların infrastrukturundan asılıdır"

Misli Premyer Liqasında komanda sayının artırılması məsələsi hazırda AFFA tərəfindən diqqətlə müzakirə olunur.

90deqiqe.Az xəbər verir ki, bu barədə milli assosiasiyanın prezidenti Rövşən Nəcəf mətbuat konfransında bildirib.

R.Nəcəf qeyd edib ki, komanda sayının artırılması potensial namizədlərin infrastruktur hazırlığından asılıdır:

“Əsas məsələ infrastrukturun hazırlığıdır. Potensial klubların çıxış imkanlarını və stadionlarını düzgün qiymətləndirməliyik. Məqsədimiz odur ki, çempionatda mübarizə aparacaq bütün klubların stadion məsələsi tam həll olunsun”.

AFFA prezidenti bildirib ki, qərarlar verilərkən rəqabətlilik və oyun keyfiyyəti ön plana çıxarılır:

“Elə olmamalıdır ki, say artımı xatirinə bəzi klublara güzəşt edilsin və bu, ümumi balansı pozsun. Biz futbolun davamlılığını və infrastrukturun səmərəliliyini artırmağa çalışırıq. Bu, çox incə balansdır”.

O, əlavə edib ki, mövzu İcraiyyə Komitəsinin gündəmindədir və yaxın iclaslarda müvafiq qərarlar veriləcək.

Qeyd edək ki, bu gün AFFA-nın Hesabat Konfransı keçirilib.

Seçilən
17
90deqiqe.az

1Mənbələr