AZ

Tatarıstanda zavodda baş verən yanğında yeddi nəfər ölüb

Tatarıstanda "Nijnekamskneftekim" zavodunda baş vermiş hadisə nəticəsində yeddi nəfərin həlak olduğu təsdiqlənib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə "Sibur Nijnekamsk - Nijnekamskneftekim" şirkətinin rəsmi "Telegram" kanalında məlumat verilib.

"Hadisənin nəticələrinin aradan qaldırılması üzrə işlər davam etdirilir, konstruksiyaların sökülməsi və axtarış əməliyyatı aparılır. 3 aprel, cümə günü axşam saatlarına olan məlumata görə, yeddi nəfərin həlak olduğu təsdiqlənib", - məlumatda bildirilib.

Qeyd olunub ki, əməliyyat davam edir, daha beş nəfərin axtarışı aparılır.

"Beş nəfərin axtarışı davam edir. Axtarış-xilasetmə işləri fasiləsiz aparılır - axtarışlara Rusiya Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri və digər səlahiyyətli xidmətlər qoşulub. 200-dən çox insan və 20 ədəd texnika sutkalıq rejimdə çalışır", - şirkətdən əlavə edilib.

Bizim.Media

Seçilən
1
4
bizim.media

8Mənbələr