London, 3 aprel, AZƏRTAC
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, 2024-cü ildə bu yaş qrupunda 50 nəfərə ömürlük və ya müddəti dəqiq müəyyən edilməyən cəza verilib. Bu göstərici 2014-cü ildə cəmi 30 nəfər olub.
Hesabata əsasən, bəzi hallarda gənclərə verilən cəzaların müddəti onların öz yaşına bərabər və ya ondan daha uzun olur. Hazırda həbsdə olan gənclərin 6 faizi ömürlük cəza çəkir. Bu rəqəm on il əvvəl 2 faiz təşkil edirdi.
Mütəxəssislər bildirirlər ki, uzunmüddətli və ömürlük həbs cəzası alan gənclərin bir çoxu travmatik keçmişə malikdir, himayə müəssisələrində böyüyüb və ya məktəbdən uzaqlaşdırılıb. Onlar bu kateqoriyadan olan şəxslər üçün xüsusi dəstək proqramlarının yaradılmasına çağırırlar.