AZ

Xaricdə təhsil üçün 1800 azn ödəniş etdi, hərbi möhlətlə bağlı təqdim etdiyi sənəd saxta çıxdı - İDDİAVİDEO

Təhsil mərkəzinə təxminən 1800 manat ödəniş ediblər, lakin pullarını tam şəkildə geri ala bilmirlər.

Bu iddia ilə Zəminə Həsənova "Xəzər Xəbər"ə müraciət edib. O bildirir ki, ötən il Ukraynada təhsillə bağlı ümumilikdə 1800 manata yaxın xaricdə təhsil şirkətinə ödəniş ediblər. Deyir ki, övladına şirkət tərəfindən hərbi möhlətlə bağlı təqdim edilən sənəd saxta olub və onun övladı hərbi xidmətə çağırılıb. Lakin sonradan vəsaitlərini geri tələb etdikdə, ödənişin bir qismi geri qaytarılıb.

Zəminə Həsənovanın sözlərinə görə, onun övladı yetkinlik yaşına çatmamış və valideylərindən xəbərsiz ödəniş edib.

Vətəndaş sözegedən məsələ ilə bağlı polisə müraciət edib, araşdırma aparılır.

"Zenith Xaricdə Təhsil Mərkəzinin" hüquqşünası bildirdi ki, göstərilən xidmətlə Oruc İsmayıl Ukraynada "Beynəlxalq Avropa Universitetinə" qəbul alıb və sənədlər təqdim edilib. Pulun bir hissəsinin qaytarılmamasının səbəbini isə belə izah etdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
42
1
xezerxeber.az

2Mənbələr