Bakı, 3 aprel, AZƏRTAC
Minifutbol üzrə Azərbaycan çempionatının qalibi bəlli olub.
AZƏRTAC xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil olunan həlledici görüşdə "Zirə" "Birbaşa Bakı" ilə üz-üzə gəlib. 4:1 hesabı ilə qalib gələn “Zirə” ölkə çempionu olub.
Bürünc medal uğrunda oyunda isə “Aznur” “Sumqayıt”la üz-üzə gəlib. 6:4 hesablı qələbə qazanan “Aznur” üçüncü yerin sahibi olub.
Müxbir - Aynur Əlixanlı
Fotoqraf - Tofiq Babayev