AZ

Azərbaycan Kuboku: "Qarabağ" yarımfinalın ilk oyununda "Sabah"la heç-heçə etdi

BAKI, 3 aprel. TELEQRAF

Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qarabağ” və “Sabah” komandaları üz-üzə gəlib.

Teleqraf xəbər verir ki, “Tofiq Bəhramov” stadionunda baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Baş hakim Rauf Cabarovun idarə etdiyi görüşdə qolları Kadi Borges (29, 60) və Umarali Raxmonaliyev (23, 65 – pen.) vurublar.

Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması aprelin 22-də “Bank Respublika Arena”da keçiriləcək.

Seçilən
17
teleqraf.com

1Mənbələr