AZ

Məktəb binasının fasadındakı üzlüklər töküldüVİDEO

Məktəb binasının fasadındakı üzlüklər tökülüb. 

Xezerxeber.az xəbər verir ki, hadisə ötən axşam Qazağın Daşsalahlı kəndindəki 2 saylı məktəbdə baş verib. Dərhal məktəb rəhbərliyi Tovuz-Qazax Regional Təhsil İdarəsinə məlumat verib. Əraziyə gecə saatlarında baxış kecirilib. Təhsil müəssisəsinin direktoru Rəna Bayramova deyir ki, 640 yerlik məktəb binası 2013-cü ildə yenidən inşa edilib.

Bu gün məktəbin giriş hissəsində təhlükəsizlik tədbirləri görüb. Dərs prosesi isə davam edib. Baş vermiş hadisədən valideynlər də narahatdırlar.

Tovuz -Qazax Regional təhsil idarəsindən "Xəzər Xəbər"ə bildirildi ki, ötən axşam Qazaxın Daş Salahlı kəndindəki Şahin Cəbiyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin binasının giriş hissəsində, bir neçə aqlay daşı güclü küləyin təsiri nəticəsində aşınaraq qopub. Hadisə zamanı məktəbdə müəllim heyəti və şagirdlər olmadığından xəsarət qeydə alınmayıb. Təhlükəsizliyin təmin olunması məqsədilə həmin giriş müvəqqəti bağlanıb və alternativ girişdən istifadə olunur. Təlim-tədris prosesi fasiləsiz olaraq davam edir. Problemin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
18
xezerxeber.az

1Mənbələr