Bakı.Trend:
Heydər Əliyev prospektindən (tunelin girişindən Xətai prospektiistiqamətində) Fəzail Bayramov küçəsinə qədər olan hissədə təmirişləri icra olunacaq.
Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları DövlətAgentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, təmir işləri ilə əlaqədar olaraq, 3 aprel saat22:00-dan 4 aprel saat 07:00-dək nəqliyyat vasitələrinin hərəkətiqismən məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və əvvəlcədənhərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadəetmələri xahiş olunur.