Helsinki Universitetinin professoru Tuomas Malinen Finlandiya Prezidenti Aleksandr Stubb tərəfindən imzalanmış Finlandiya və Ukrayna arasında təhlükəsizliyə dair əməkdaşlığı və uzunmüddətli dəstək haqqında müqaviləni kəskin tənqid edərək, onu potensial xəyanət aktı adlandırıb.
Qaziler.az xəbər verir ki, o, öz fikrini “X” sosial media hesabında paylaşıb.
"Müqavilə haqqında məlumat əldə etdikdən sonra onun dövlətə xəyanət təşkil edib-etmədiyini öyrənmək üçün Konstitusiya Hüquq İdarəsi ilə əlaqə saxladım. Onlar cavab verdilər ki, əgər müqavilə Rusiyanın Finlandiyaya hücumuna səbəb olarsa, bu, yalnız dövlətə xəyanət hesab edilə bilər", - professor yazıb.
Malinen həmçinin bildirib ki, onun fikrincə, Ukrayna dronlarının Finlandiya hava məkanından istifadə edərək Rusiya ərazisinə hücum etməsinə icazə vermək Stubb tərəfindən dövlətə xəyanət hesab ediləcək.
QAZİLER.AZ