AZ

Diqqət! Gələn mesajda “@” dan sonra bu işarə varsa, tələdir

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda vətəndaşları hədəf alan genişmiqyaslı fişinq kampaniyasının aşkar olunması rəqəmsal təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Elektron Təhlükəsizlik Xidməti tərəfindən yayılan məlumata görə, minlərlə istifadəçiyə göndərilən saxta elektron məktublarda hüquq-mühafizə orqanlarının adından hazırlanmış aldadıcı bildirişlərdən istifadə olunub və bu da insanların şəxsi məlumatlarının ələ keçirilməsi riskini artırır.İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov Demokrat.az-a açıqlamasında deyib ki, bu məsələ hazırda rəqəmsal dünyada hər kəsi narahat edən olduqca aktual və vacib mövzulardan biridir:“Artıq kiberdələduzlar yalnız texniki boşluqlardan deyil, insanların emosiyalarından və dövlət qurumlarına olan etimadından da “silah” kimi istifadə edirlər. Vətəndaşların bu təhlükələrdən qorunması üçün bəzi sadə, amma effektiv qaydalara əməl etməsi vacibdir. Fişinq hücumları mahiyyətcə rəqəmsal tələdir və bu tələyə düşməmək üçün üç əsas məqama diqqət yetirilməlidir. Təşvişə düşməmək və soyuqqanlı davranmaq lazımdır. Dələduzlar adətən qorxu və təlaş yaratmaqla insanları tələyə salmağa çalışırlar. “Təcili”, “hesabınız bloklanıb”, “cəriməniz var” kimi ifadələr çox vaxt saxta mesajların əlamətidir. Unutmaq olmaz ki, dövlət qurumları e-poçt vasitəsilə heç vaxt şifrə və ya bank kartı məlumatı tələb etmir”.O bildirib ki, mesajın mənbəyi diqqətlə yoxlanılmalıdır:“Göndərənin adına deyil, e-poçt ünvanının “@” işarəsindən sonrakı hissəsinə diqqət yetirmək vacibdir. Rəsmi ünvanlarla saxta ünvanlar arasında çox vaxt kiçik, amma həlledici fərqlər olur. Şübhəli linklərə daxil olmamaq və naməlum faylları yükləməmək lazımdır. Belə linklər istifadəçini saxta saytlara yönləndirə bilər. Ən doğru yol, lazım olan sayta brauzer vasitəsilə ünvanı əl ilə daxil etmək və ya rəsmi əlaqə vasitələri ilə məlumatı dəqiqləşdirməkdir. Qısaca desək, kiber məkanda ən güclü müdafiə vasitəsi diqqətli və şübhəçi olmaqdır. Şübhəli mesajlarla qarşılaşdıqda onları açmadan silmək və məlumatı yalnız rəsmi mənbələrdən yoxlamaq ən düzgün yanaşmadır. Bu sahədə maariflənmək isə hər bir istifadəçi üçün vacibdir”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
demokrat.az

1Mənbələr