AZ

Bugünkü oyuna böyük azarkeş marağı

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Qarabağ” - “Sabah” matçına (2:2) böyük azarkeş marağı qeydə alınıb.

Publika.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunu təqribən 21 mindən çox azarkeş izləyib. Bu barədə məlumat Ağdam klubu tərəfindən anons edilib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu aprelin 22-də Masazırdakı “Bank Respublika” arenada keçiriləcək.

Seçilən
23
publika.az

1Mənbələr