AZ

ABŞ ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” Daha 3 ölkənin səyləri də nəticə vermir

ain.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan qətiyyətlə imtina edib”.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sensasiyalı məlumatı ABŞ-ın məşhur nəşrlərindən olan “The Wall Street Journal” (WSJ) qəzeti yazıb.

Qəzetin xəbərinə görə, Pakistanın rəhbərliyi bu səbəbdən ABŞ və İran arasında atəşkəs əldə etmək səylərini dayandırıb: “İran vasitəçilərə ABŞ-ın tələblərinin qəbuledilməz olduğunu deyib və Tehran administrasiyasının yaxın zamanda İslamabadda ABŞ rəsmiləri ilə görüşmək istəmədiyini çatdırıb”.

Qəzetin iddiasına görə, Pakistanın vasitəçiliyi ilə yanaşı, Türkiyə, Misir və Qətərin də tərəfləri bir araya gətirmə çabaları faydasız qalmaqdadır.

Samir MUSAYEV

Mia.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
mia.az

1Mənbələr