Bu gün voleybol üzrə 18 yaşadək qızlar və oğlanlar arasında keçirilən Azərbaycan birinciliyinin pley-off mərhələsinə start verilib. "Rekord.az" xəbər verir ki, qızların oyunları AVF-nin idman zalında, oğlanların qarşılaşmaları isə Abşeron OİK-də baş tutub. Oyunların nəticələrinə əsasən yarımfinal mərhələsində mübarizə aparacaq komandalar müəyyənləşib.
Oğlanların yarışında 8 komanda – “Naxçıvan”, “Murov Az Terminal”, “Oğuz RVK”, “ORDU”, “Bakı RVK”, “Sumqayır RVK”, “Şərqi Zəngəzur RVK” və “Gəncə RVK” pley-off mərhələsində mübarizə aparıb. Qarşılaşmaların nəticəsinə əsasən “Murov Az Terminal”, “ORDU”, “Bakı RVK” və “Şərqi Zəngəzur RVK” komandaları qələbə qazanaraq yarımfinala vəsiqə əldə ediblər.
Qızların yarışında isə 6 komanda - “Milli Aviasiya Akademiyası”, “Şərqi Zəngəzur RVK”, “Gəncə RVK”, “Lokomotiv”, “Möminə Xatun” və “Oğuz RVK” komandaları pley-off mərhələsində çıxış ediblər. Görüşlərin nəticəsinə görə “Milli Aviasiya Akademiyası”, “Lokomotiv”, “Möminə Xatun” komandaları qalib gələrək yarımfinal mərhələsinə yüksəliblər. “Oğuz RVK” isə ən yaxşı nəticə göstərən komanda kimi yarımfinalda iştirak hüququ qazanıb.
Qeyd edək ki, sabah həm qızlar, həm də oğlanlar arasında yarımfinal oyunları keçiriləcək. Bütün qarşılaşmalar AVF-nin idman zalında təşkil olunacaq.
Oyunların nəticələri
3 aprel
U-18 (oğlanlar)
“Naxçıvan” – “Murov Az Terminal” 2:3 (18:25, 23:25, 25:21, 25:21, 16:18)
“Oğuz RVK” – “ORDU” 0:3 (20:25, 15:25, 11:25)
“Bakı RVK – “Sumqayır RVK” 3:0 (25:18, 25:19, 25:22)
“Şərqi Zəngəzur RVK” - “Gəncə RVK” 3:0 (25:20, 25:16, 25:14)
U-18 (qızlar)
“Milli Aviasiya Akademiyası” – “Şərqi Zəngəzur RVK” 3:0 (25:20, 25:9, 25:19)
“Gəncə RVK” - “Lokomotiv” 0:3 (9:25, 11:25, 10:25)
“Möminə Xatun” – “Oğuz RVK” 3:1 (25:21, 25:11, 20:25, 25:18)