AZ

"YouTube" Belarusun dövlət kanallarını silib

BELTA, ONT və STV-nin “YouTube” kanalları video hostinq saytının administrasiyası tərəfindən silinib.

Qaziler.az xəbər verir ki, BELTA-nın məlumatına görə, video hostinq saytı “YouTube” sanksiyalar bəhanəsi ilə Belarus dövlət kanallarını (BELTA, ONT və STV) silib.

Agentlik bildirib ki, Belarus İnformasiya Nazirliyi bu qeyri-dost və əsassız addımı mənfi qiymətləndirir və lazımi cavab tədbirləri görmək hüququnu özündə saxlayır.

Həmçinin qeyd olunub ki, BELTA sanksiyalara məruz qalmır.

QAZİLER.AZ

Seçilən
16
qaziler.az

1Mənbələr