AZ

“Milan”ın hücumçusu Rafael Leau zədədən qayıdıb

“Milan”ın hücumçusu Rafael Leau zədədən sonra məşqlərə qoşulub.

90deqiqe.Az-ın "SkySport"a istinadən məlumatına görə, portuqaliyalı futbolçu 3 aprel tarixində tam məşqi komanda ilə birlikdə keçib.

Gözlənilir ki, Leau komandaya Seria A-nın 31-ci turunda “Napoli” ilə keçiriləcək oyunda kömək edə biləcək. Xatırladaq ki, futbolçu bud əzələsindəki zədəyə görə bir neçə məşqi və bir oyununu buraxmışdı.

Cari mövsümdə Leau 24 oyunda 10 qol vurub və 2 məhsuldar ötürmə edib. “Milan” hazırda Seria A çempionatında ikinci pillədə qərarlaşıb.

Seçilən
11
90deqiqe.az

1Mənbələr