AZ

Türkiyədən güc nümayişi: Üç dənizdə hərbi təlimlərə başladı

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Türkiyə Milli Müdafiə Nazirliyi Qara, Egey və Şərqi Aralıq dənizlərini əhatə edən "Mavi Vətən-26" hərbi təlimlərinin başladığını elan edib.

Oxu.Az bildirir ki, nazirliyin rəsmi sosial şəbəkə hesabından verilən məlumata görə, təlimlər aprelin 3-dən 9-dək davam edəcək.

Məlumata əsasən, təlimlərə Quru Qoşunları, Hərbi Hava Qüvvələri (HHQ), Hərbi Dəniz Qüvvələri (HDQ) ilə yanaşı, Sahil Mühafizəsindən ümumilikdə 15 000 hərbçi, 120 döyüş gəmisi və 50 hava gəmisi cəlb olunacaq.

Təlimlərin məqsədi Hərbi Dəniz Qüvvələri komandanlıqlarının operativ komandanlıq və idarəetmə effektivliyini qiymətləndirmək, həmçinin təlimlərdə iştirak edən bölmələrin əməliyyat hazırlığı səviyyəsini artırmaqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
2
oxu.az

3Mənbələr