AZ

14 il anasının sağ olduğunu deyib pensiyasını aldı - Braziliyada qəribə hadisə

Braziliyanın São Paulo şəhərində Federal Hərbi Məhkəmə yerli sakini pensiya dələduzluğuna görə məhkum edib.

Bizim.Media “Qazeta.ru”ya istinadən xəbər verir ki, həmin şəxs 13 ildən çox müddət ərzində ölmüş anasını sağ kimi göstərərək 1,6 milyon realdan (təxminən 530 min manata yaxın) artıq vəsait əldə edib.
 

Məlumata görə, o, 2005-ci ilin sentyabrından 2019-cu ilin oktyabrına qədər anasının ölümünü gizlədib, bank kartı və şifrəsindən istifadə edərək pulları mənimsəyib, saxta sənədlər təqdim edib və üçüncü şəxsləri prosesə cəlb edib.


Bildirilib ki, dələduzluq 2019-cu ildə vergi orqanlarının yoxlaması zamanı üzə çıxıb.

Təqsirləndirilən şəxs pulları nağdlaşdırıb və müxtəlif üsullarla leqallaşdırıb.

Qeyd edək ki, məhkəmə onu 5 il həbs və cərimə cəzasına məhkum edib.

Bizim.Media

Seçilən
5
2
bizim.media

3Mənbələr