Bakı. Trend:
Minifutbol üzrə Azərbaycan çempionatının qalibimüəyyənləşib.
Trend-inməlumatına görə, final qarşılaşmasında “Zirə” komandası “BirbaşaBakı” ilə üz-üzə gəlib.
Bakı Tennis Akademiyasında keçirilən oyunda “Zirə” 4:1 hesablıqələbə qazanaraq çempionluğa yiyələnib.
Üçüncü yer uğrunda keçirilən görüşdə isə “Aznur” komandası“Sumqayıt”ı 6:4 hesabı ilə məğlub edib.
Beləliklə, “Zirə” qızıl, “Birbaşa Bakı” gümüş, “Aznur” isəbürünc medallara sahib olub.