AZ

"Qrup mübarizəsini birinci sırada tamamlayacağıq" - "Zirə"nin türkü DÇ-yə vəsiqədən danışdı

Türkiyə millisi martın 31-də DÇ-2026-nın pley-offunun finalında Kosovonu məğlub etməklə (1:0) final mərhələsinə vəsiqə qazandı.

"Zirə"nin türkiyəli futbolçusu Ərən Aydının bu tarixi uğurla bağlı fikrini öyrəndik. Onun "Football-plus.az"a cavabı:

"Matçı evdə təkbaşına izlədim. Çox xoşbəxt oldum. Millimizi DÇ-də görməmişdim. Çünki komanda sonuncu dəfə 2002-ci ildə bu turnirdə iştirak edib. Mən isə 2003-cü ildə dünyaya gəlmişəm. Fikrimcə, millimiz əlindən gələni edəcək. Düşünürəm ki, qrup mübarizəsini birinci sırada tamamlayacağıq. Azərbaycana da təşəkkür edirəm. Komandamıza çox dəstək oldular. Bununla belə, bu cür uğur motivasiyamı artırdı. Onsuz da hər oyunda qollar vurmalıyam. Bu gün iki qol vura bilərdim. Sadəcə, bir dəfə fərqləndim. Ümid edirəm ki, bir gün mən də Türkiyə millisinin formasını geyəcəm. Bunun üçün "Zirə"dəki vəzifəmin öhdəsindən layiqincə gəlməliyəm".

Xatırladaq ki, "qartallar" bir neçə dəqiqə əvvəl ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Turan Tovuz"u məğlub etdi (2:0). "Zirə"nin ilk qolunun müəllifi Ərən ldu.

KƏNAN BAHADIR
Seçilən
19
50
football-plus.az

10Mənbələr