AZ

Daşkəsəndə ağacəkmə aksiyası

Yazını böyüt
Yazını kiçilt

Daşkəsən rayonunda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan ağacəkmə aksiyası keçirilib.

Hafta.az xəbər verir ki, aksiyada Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və xidmət təşkilatlarının kollektivləri, könüllü gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində rayonun müxtəlif ərazilərinə, yol kənarlarına yerli iqlim şəraitinə uyğun 10-larla müxtəlifcinsli ağac əkilib, onlara aqrotexniki qulluq göstərilib. Məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. Daşkəsəndə ağacəkmə aksiyaları ilə ərzində davam etdiriləcək.

Seçilən
4
2
hafta.az

3Mənbələr