AZ

​Nəzarətsiz artan virtual maşınlar kibertəhlükə yaradır

Bulud texnologiyalarının geniş yayılması ilə virtual maşınların nəzarətsiz çoxalması problemi kibertəhlükəsizlik risklərini artırır.Metbuat.az xəbər verir ki, istifadəsi bitmiş, lakin deaktiv edilməyən virtual maşınlar “görünməz” qalaraq hücumçular üçün sistemə giriş nöqtəsinə çevrilir. Bu cür boşluqlar vasitəsilə məlumat sızması və şəbəkə daxilində yayılma halları baş verə bilər. Araşdırmalara görə, şirkətlərin yalnız 23%-i bütün bulud resurslarına tam nəzarət edə bilir. Bu isə həm təhlükəsizlik risklərini, həm də əlavə xərcləri artırır.

Ekspertlər problemin qarşısını almaq üçün virtual maşınların mütəmadi inventarlaşdırılması, vaxtında silinməsi və süni intellekt əsaslı monitorinq sistemlərindən istifadənin vacib olduğunu bildirirlər.

Seçilən
29
metbuat.az

1Mənbələr