İranın xarici işlər naziri Abbas Əraqçi ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, bu barədə Əraqçi özünün "Telegram" kanalında paylaşım edib.
Nazir bildirib ki, söhbət zamanı ABŞ və İsrailin İrana qarşı hücumları müzakirə edilib, həmçinin ən son regional və beynəlxalq hadisələr ətrafında fikir mübadiləsi aparılıb.