İspaniyalı velosipedçi Xaume Qvardeno məşq zamanı qəzaya düşüb.
Publika.az xəbər verir ki, o, avtomobillə toqquşduqdan sonra xəstəxanaya çatdırılıb. Müxtəlif dərəcəli xəsarətlər alan velosipedçi helikopterlə aparılıb. Qvardeno hazırda reanimasiya şöbəsindədir.
“Komanda adından bu çətin dövrdə Xaumeyə və onun ailəsinə tam dəstəyimizi və həmrəyliyimizi bildiririk. Ona tezliklə və tam sağalma arzulayırıq. Vəziyyətində dəyişiklik olduqca əlavə məlumat verəcəyik”, — deyə 23 yaşlı idmançının çıxış etdiyi “Kaxa Rural-Sequros RQA” komandasının bəyanatında bildirilir.